https://news.day.az/azerinews/1792021.html Braziliyada yarasalarda yeni koronavirus növü tapılıb Braziliyada yarasalarda aşkarlanan yeni koronavirusu Rospotrebnadzor izləyir, insanlara ötürülmə riski isə aşağı qiymətləndirilir. Day.Az bu barədə xarici KİV-lərə istinadən xəbər verir. Məlumata görə, Braziliya alimləri həşərat yeyən yarasalarda yeni koronavirus növü - BRZ batCoV aşkar ediblər.

Braziliyada yarasalarda yeni koronavirus növü tapılıb

Azərbaycanca, 30 октября 2025 20:13 (UTC +04:00) 434
Braziliyada yarasalarda yeni koronavirus növü tapılıb

Braziliyada yarasalarda aşkarlanan yeni koronavirusu Rospotrebnadzor izləyir, insanlara ötürülmə riski isə aşağı qiymətləndirilir.

Day.Az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, Braziliya alimləri həşərat yeyən yarasalarda yeni koronavirus növü - BRZ batCoV aşkar ediblər. Genetik analiz onun COVID-19-a səbəb olan patogenləri özündə birləşdirən beta-koronavirus cinsinə aid olduğunu müəyyən edib.

Braziliyalı tədqiqatçılar vurğulayırlar ki, hazırda yeni virusun insanlar üçün təhlükə yaratdığına dair heç bir dəlil yoxdur.

Bundan əlavə, bu genetik xüsusiyyət əvvəllər Amerika qitəsindən olan yarasa koronaviruslarında aşkar edilməyib ki, bu da onun müstəqil olaraq Cənubi Amerikada yarandığını göstərir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости