https://news.day.az/azerinews/1791850.html Ağalı kəndinin 2-ci mərhələsində istifadəyə veriləcək evlərin sayı açıqlanıb - FOTO Media nümayəndələri Prezidenti İlham Əliyev oktyabrın 28-də açılışını etdiyi Zəngilan rayonunun Ağalı kəndinin 2-ci mərhələsi ilə tanış olublar.

Ağalı kəndinin 2-ci mərhələsində istifadəyə veriləcək evlərin sayı açıqlanıb - FOTO

Azərbaycanca, 30 октября 2025 10:01 (UTC +04:00) 761
Ağalı kəndinin 2-ci mərhələsində istifadəyə veriləcək evlərin sayı açıqlanıb

Media nümayəndələri Prezidenti İlham Əliyev oktyabrın 28-də açılışını etdiyi Zəngilan rayonunun Ağalı kəndinin 2-ci mərhələsi ilə tanış olublar.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva görülən işlər barədə jurnalistlərə məlumat verib.

O bildirib ki, Ağalı kəndinin ikinci mərhələsində istifadəyə veriləcək evlərin sayı 103 ədəddir. Bunlar 55-i ikiotaqlı fərdi evlərdən, 3-ü isə üçmərtəbəli 2 bloklu "Townhouse" tipli binalardakı mənzillərdən ibarətdir. 36 ədəd birotaqlı, 12 ədəd isə ikiotaqlı mənzil inşa edilib.

Kənddə bütün evlərə kommunikasiya xətləri çəkilib, yaşayış və qeyri-yaşayış binalarının hamısı qazla təmin edilib, evlərdə kombilər quraşdırılıb.

Burada ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Park Ağalı və Məmmədbəyli kənd sakinləri, eləcə də qonaqlar üçün açıq istirahət və əyləncə zonası kimi fəaliyyət göstərəcək. Parkın ərazisi 5 funksional zonaya bölünüb. Bu zonalarda uşaqların istirahəti, idman fəaliyyəti və əyləncəsi üçün bütün şərait yaradılıb.

Ərazidə müxtəlif ağac və kol bitkiləri əkilib.

  • Ağalı kəndinin 2-ci mərhələsində istifadəyə veriləcək evlərin sayı açıqlanıb

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости