Prezident İlham Əliyev: Futbol üzrə U-20 Dünya çempionatının Azərbaycanda və Özbəkistanda təşkili ortaq tarixi nailiyyətdir

İdman sahəsində əməkdaşlıqda yaxşı nəticələr var.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev Özbəkistanın UzA agentliyinə müsahibəsində deyib.

İki ölkənin (Azərbaycanın və Özbəkistanın) birgə səyləri sayəsində FIFA İcraiyyə Komitəsi 2027-ci ildə keçiriləcək futbol üzrə U-20 Dünya çempionatının final mərhələsini Azərbaycanda və Özbəkistanda təşkil etmək qərarına gəlib. Bu, Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir.