Prezident İlham Əliyev: Albaniya ilə əlaqələrə böyük əhəmiyyət veririk
Biz Azərbaycan ilə Albaniya arasında əlaqələrə böyük əhəmiyyət veririk. Sağlam təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi bizi sevindirir.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin albaniyalı həmkarı Bayram Beqaya bu ölkənin milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
Prezident İlham Əliyev, həmçinin məktubunda bildirib: "Görüşlərimizin və səfərlərimizin intensivliyi Azərbaycan-Albaniya dostluğunun səviyyəsindən, qarşılıqlı əlaqələrimizin dinamikasından xəbər verir. Cari ilin mayında "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya səfərimi ən xoş təəssüratlarla xatırlayıram".
Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan ilə Albaniya arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, bir sıra sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlığın daha da dərinləşdirilməsi yolunda bundan sonra da birgə səylər göstəriləcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре