https://news.day.az/azerinews/1815416.html Xankəndidə qarın fəsadları aradan qaldırılır - FOTO Xankəndi şəhərinə yağan qarın fəsadlarının aradan qaldırılması istiqamətində intensiv tədbirlər həyata keçirilir.

Xankəndidə qarın fəsadları aradan qaldırılır - FOTO

Azərbaycanca, 11 февраля 2026 15:00 (UTC +04:00) 352
Xankəndidə qarın fəsadları aradan qaldırılır

Xankəndi şəhərinə yağan qarın fəsadlarının aradan qaldırılması istiqamətində intensiv tədbirlər həyata keçirilir.

Day.Az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, şəhərin əsas və daxili küçələri xüsusi texnika vasitəsilə qardan təmizlənir, yol örtüyünə qum və duz səpilərək, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin olunur.

Komunal xidmətlər gücləndirilmiş iş rejiminə keçərək, fasiləsiz fəaliyyət göstərir. Hazırda bütün əsas magistrallar və yaşayış massivlərinə aparan yollar nəzarətdə saxlanılır, yaranan çətinliklərin aradan qaldırılması üçün zəruri tədbirlər davam etdirilir.

Sakinlərdən hava şəraiti ilə əlaqədar ehtiyatlı olmaları və müvafiq qurumların tövsiyələrinə əməl etmələri xahiş olunur.

  • Xankəndidə qarın fəsadları aradan qaldırılır
  • Xankəndidə qarın fəsadları aradan qaldırılır
  • Xankəndidə qarın fəsadları aradan qaldırılır
  • Xankəndidə qarın fəsadları aradan qaldırılır
  • Xankəndidə qarın fəsadları aradan qaldırılır
  • Xankəndidə qarın fəsadları aradan qaldırılır
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости