Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı yola salınıb - FOTO - VİDEO
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti taxıl tədarükü həyata keçirilib.
Day.Az xəbər verir ki, 11 vaqondan ibarət ümumi çəkisi 1023 ton (netto 770 ton) olan taxıl 11 mart tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində göndərilib.
Belə ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 22 min tondan çox (320 vaqon) taxıl, həmçinin 610 ton (9 vaqon) gübrə göndərilib.
Qeyd edək ki, sonuncu dəfə martın 9-da Azərbaycan ərazisindən keçməklə Ermənistana 488 Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı yola salınıb.
Xatırladaq ki, fevralın 4-də Azərbaycan ərazisindən keçməklə Ermənistana 560 ton Rusiya taxılı daşıyan 8 vaqondan ibarət yük qatarı yola salınıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре