İrandan Azərbaycana ümumilikdə 2168 nəfər təxliyə edilib

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.

Day.Az xəbər verir ki, 28 fevral 8.00-dan - 11 mart saat 10:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 2168 nəfər təxliyə olunub.

Belə ki, 633 Çin, 383 Azərbaycan, 293 Rusiya, 174 Tacikistan, 137 Pakistan, 57 Oman, 44 İtaliya, 32 İndoneziya, 29 İran, 26 İspaniya, 25 Əlcəzair, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Fransa, 16 Almaniya, 13 Gürcüstan, 12 Özbəkistan, 12 Macarıstan, 12 Polşa, 11 Meksika, 10 Nigeriya, 10 Belarus, 10 Bolqariya, 10 Konqo Demokratik, 9 Böyük Brityaniya, 9 Kanada, 8 Braziliya və 8 Qazaxıstan vətəndaşı təxliyə olunub.