Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI
Bu həftə "Azeri Light CIF", "Urals" və "Dated Brent" markalı neftin orta qiymətləri artıb, eyni zamanda "Azeri Light FOB Ceyhan" qiymətləri isə azalıb.
Day.Az Trend-ə istinadən bildirir ki, Azərbaycanda "Azəri-Çıraq-Günəşli" yatağında hasil olunan "Azeri Light CIF" markalı neftin orta qiyməti keçən həftə ilə müqayisədə 2,1 ABŞ dolları və ya 1,8% artaraq 118,25 ABŞ dollarına çatıb.
Məlumata görə, sözügedən markalı xam neftin maksimum qiyməti bir barel üçün 121,25 ABŞ dolları, minimum qiyməti isə 113,70 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə "Azeri Light" markalı neftin orta qiyməti bir barel üçün 112,09 ABŞ dolları təşkil edib ki, bu da keçən həftə ilə müqayisədə 0,04 ABŞ dolları və ya 0,04% azdır. Həftə ərzində ən yüksək qiymət bir barel üçün 117,44 ABŞ dolları, ən aşağı qiymət isə 107,24 ABŞ dolları olub.
"Urals" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 5,02 ABŞ dolları və ya 6,3% artaraq artaraq, bir barel üçün 84,17 ABŞ dolları olub. Həftə ərzində maksimal qiymət 92,11 ABŞ dolları, ən aşağı qiymət isə 79,72 ABŞ dolları olub.
"Dated Brent" markalı neftin orta qiyməti 113,75 ABŞ dolları olub ki, bu da keçən həftə ilə müqayisədə 2,97 ABŞ dolları və ya 2,7% artım deməkdir. Həftə ərzində maksimal qiymət bir barel üçün 120,51 ABŞ dolları, minimal qiymət isə 109,58 ABŞ dolları olub.
|
Neft/Qiymət |
23.03.2026 |
24.03.2026 |
25.03.2026 |
26.03.2026 |
27.03.2026 |
Orta qiymət |
|
Azeri LT CIF |
$116.05 |
$116.00 |
$113.70 |
$121.25 |
$124.24 |
$118,25 |
|
Azeri Light FOB Ceyhan |
$110.97 |
$110.38 |
$107.24 |
$114.41 |
$117.44 |
$112.09 |
|
Urals (EX NOVO) |
$79.91 |
$80.95 |
$79.72 |
$88.17 |
$92.11 |
$84.17 |
|
Dated Brent |
$110.05 |
$111.14 |
$109.58 |
$117.49 |
$120.51 |
$113.75 |
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре