https://news.day.az/azerinews/1827995.html Azərbaycan və ABŞ arasında strateji əməkdaşlıq müzakirə olundu - FOTO Aprelin 15-də xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun baş müşaviri Rebekka Neff və Ticarət və İnkişaf Agentliyinin (USTDA) nümayəndələri ilə görüşüb. Bu barədə Day.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Azərbaycan və ABŞ arasında strateji əməkdaşlıq müzakirə olundu - FOTO

Azərbaycanca, 15 апреля 2026 12:16 (UTC +04:00) 275
Azərbaycan və ABŞ arasında strateji əməkdaşlıq müzakirə olundu

Aprelin 15-də xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun baş müşaviri Rebekka Neff və Ticarət və İnkişaf Agentliyinin (USTDA) nümayəndələri ilə görüşüb.

Bu barədə Day.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının icrasından irəli gələn məsələlər, o cümlədən enerji və ticarət məsələləri, regional bağlantılar və iqtisadi sərmayə sahələrində əməkdaşlıq müzakirə edilib.

Tərəflər arasında nəqliyyat, rəqəmsallaşma, süni intellekt və s. potensial layihələr, bu istiqamətdə görülən işlər və özəl sektor nümayəndələrinin iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüş zamanı Azərbaycanın regionun enerji təhlükəsizliyində mühüm rolu, Orta Dəhlizdə ticarət marşrutlarının şaxələndirilməsi, habelə Azərbaycanda mövcud əlverişli biznes və investisiya mühiti və yeni əlaqələrin qurulması imkanları nəzərdən keçirilib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Azərbaycan və ABŞ arasında strateji əməkdaşlıq müzakirə olundu
  • Azərbaycan və ABŞ arasında strateji əməkdaşlıq müzakirə olundu
  • Azərbaycan və ABŞ arasında strateji əməkdaşlıq müzakirə olundu
  • Azərbaycan və ABŞ arasında strateji əməkdaşlıq müzakirə olundu
  • Azərbaycan və ABŞ arasında strateji əməkdaşlıq müzakirə olundu
  • Azərbaycan və ABŞ arasında strateji əməkdaşlıq müzakirə olundu
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости