https://news.day.az/azerinews/1828310.html Azərbaycan və Rusiya “Şimal–Cənub” dəhlizi üzrə əməkdaşlığı genişləndirir Azərbaycan və Rusiya arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq genişləndirilir. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında çıxışı zamanı deyib.

Azərbaycan və Rusiya “Şimal–Cənub” dəhlizi üzrə əməkdaşlığı genişləndirir

Azərbaycanca, 16 апреля 2026 16:21 (UTC +04:00) 529
Azərbaycan və Rusiya “Şimal–Cənub” dəhlizi üzrə əməkdaşlığı genişləndirir

Azərbaycan və Rusiya arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq genişləndirilir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında çıxışı zamanı deyib.

Overçukun sözlərinə görə, Azərbaycan və Rusiya Avrasiya məkanında nəqliyyat bağlantılarının gücləndirilməsi istiqamətində strateji tərəfdaşlığı inkişaf etdirir. O, xüsusilə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində yeni beynəlxalq əlavə dəyər zəncirlərinin formalaşdığını qeyd edib.

Rusiya rəsmisi dəhlizin qərb marşrutunun inkişafına və əvvəlki razılaşmaların icrasına xüsusi diqqət yetirildiyini vurğulayıb. Onun sözlərinə görə, layihə regionda ticarət və logistika axınlarının daha səmərəli təşkilinə imkan yaradır.

Overçuk həmçinin ötən il Bakıda keçirilən üçtərəfli görüşü xatırladaraq, Azərbaycan və İran tərəfi ilə birlikdə Astara keçidindəki nəqliyyat-logistika infrastrukturuna baxış keçirildiyini bildirib. O qeyd edib ki, Azərbaycanın Astaradakı investisiyaları nəticəsində yaradılan logistika mərkəzindən artıq aktiv istifadə olunur.

Rusiya tərəfi bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости