https://news.day.az/azerinews/1828596.html Sahibə Qafarova Türkiyə Prezidenti ilə görüşdə iştirak edib - FOTO Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyasının iclasında iştirak edən parlament sədrləri ilə görüş keçirib. Milli Məclisin sədri Sahibə Qafarova görüşdə iştirak edib. Bu barədə Day.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sahibə Qafarova Türkiyə Prezidenti ilə görüşdə iştirak edib - FOTO

Azərbaycanca, 17 апреля 2026 17:37 (UTC +04:00) 737
Sahibə Qafarova Türkiyə Prezidenti ilə görüşdə iştirak edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyasının iclasında iştirak edən parlament sədrləri ilə görüş keçirib. Milli Məclisin sədri Sahibə Qafarova görüşdə iştirak edib.

Bu barədə Day.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Türkiyə Prezidenti parlament sədrlərini salamlayaraq, tədbirin əhəmiyyətini və müzakirə olunan mövzuların aktuallığını vurğulayıb. O, Parlamentlərarası İttifaqın daşıdığı missiyanı yüksək qiymətləndirərək, 152-ci Assambleyanın parlament diplomatiyası çərçivəsində daha ədalətli və təhlükəsiz bir dünyanın, sülh və sabitliklə müşayiət olunan gələcəyin əsaslarının qoyulmasına töhfə verəcəyinə inamını ifadə edib.

Prezident Tayyib Ərdoğan parlamentlər arasında əməkdaşlığın gücləndirilməsinin qlobal çağırışların həllində vacib rol oynadığını vurğulayaraq, dialoq və qarşılıqlı anlaşmanın inkişaf etdirilməsinin zəruriliyini bildirib.

  • Sahibə Qafarova Türkiyə Prezidenti ilə görüşdə iştirak edib
  • Sahibə Qafarova Türkiyə Prezidenti ilə görüşdə iştirak edib
  • Sahibə Qafarova Türkiyə Prezidenti ilə görüşdə iştirak edib
  • Sahibə Qafarova Türkiyə Prezidenti ilə görüşdə iştirak edib
  • Sahibə Qafarova Türkiyə Prezidenti ilə görüşdə iştirak edib
  • Sahibə Qafarova Türkiyə Prezidenti ilə görüşdə iştirak edib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости