https://news.day.az/azerinews/1828633.html Azərbaycan və Dominikan arasında parlamentlərarası əlaqələrin inkişafı müzakirə edilib - FOTO Milli Məclisin sədri Sahibə Qafarova İstanbulda keçirilən Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Dominikan Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Alfredo Paçeko ilə görüşüb. Bu barədə Day.Az-а Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycan və Dominikan arasında parlamentlərarası əlaqələrin inkişafı müzakirə edilib - FOTO

Azərbaycanca, 17 апреля 2026 18:33 (UTC +04:00) 293
Azərbaycan və Dominikan arasında parlamentlərarası əlaqələrin inkişafı müzakirə edilib

Milli Məclisin sədri Sahibə Qafarova İstanbulda keçirilən Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Dominikan Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Alfredo Paçeko ilə görüşüb.

Bu barədə Day.Az-а Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı parlamentlərarası əlaqələrin inkişafı perspektivləri və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Söhbət zamanı ölkələrimizin Parlamentlərarası İttifaq, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının əhəmiyyəti qeyd olunub, bunun ümumi mənafelərə xidmət etdiyi vurğulanıb.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, parlament diplomatiyasının təşviqinə xüsusi önəm verdiyini bildirib. Spiker qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv dövlətlər arasında həmrəyliyin gücləndirilməsi, o cümlədən kiçik ada dövlətlərinin maraqlarının müdafiəsi üçün qarşılıqlı dəstəyin təşviqi və qlobal çağırışlara birgə cavab verilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edib. O, həmçinin bildirib ki, COP29-a sədrliyi çərçivəsində Azərbaycan kiçik ada dövlətlərin narahatlıqlarını daim diqqətdə saxlayıb, onların üzləşdiyi problemlərin həlli istiqamətində beynəlxalq səylərin birləşdirilməsinə xüsusi önəm verib. Bu məqsədlə COP29 çərçivəsində həmin dövlətlərin problemlərinə həsr olunmuş xüsusi sammit keçirilib. Sahibə Qafarova, eyni zamanda, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılmasının və institusional inkişafının çoxtərəfli parlament əməkdaşlığı baxımından önəmli platformaya çevrildiyini vurğulayıb.

Alfredo Paçeko ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu bildirərək, parlamentlər arasında təmasların artırılmasının münasibətlərin inkişafına töhfə verəcəyini qeyd edib.

  • Azərbaycan və Dominikan arasında parlamentlərarası əlaqələrin inkişafı müzakirə edilib
  • Azərbaycan və Dominikan arasında parlamentlərarası əlaqələrin inkişafı müzakirə edilib
  • Azərbaycan və Dominikan arasında parlamentlərarası əlaqələrin inkişafı müzakirə edilib
  • Azərbaycan və Dominikan arasında parlamentlərarası əlaqələrin inkişafı müzakirə edilib
  • Azərbaycan və Dominikan arasında parlamentlərarası əlaqələrin inkişafı müzakirə edilib
  • Azərbaycan və Dominikan arasında parlamentlərarası əlaqələrin inkişafı müzakirə edilib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости