ABŞ və İran yenidən danışıqlar MASASINDA: İslamabadda kritik görüş GÖZLƏNİLİR
ABŞ və İran nümayəndə heyətlərinin növbəti görüşünün 20 aprel, bazar ertəsi günü Pakistanın paytaxtı İslamabadda keçiriləcəyi bildirilir.
Day.Az CNN-ə istinadən xəbər verir ki, tərəflər yeni danışıqlar mərhələsi üçün İslamabadda bir araya gələcək.
Görüşün dəqiq vaxtı ilə bağlı isə hələlik əlavə məlumat verilməyib.
Xatırladaq ki, 28 fevralda ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlardan sonra regionda gərginlik artmış, münaqişə geniş əraziyə yayılmışdı. Bu qarşıdurma 8 aprel tarixində ABŞ və İran arasında əldə olunan atəşkəslə nisbətən səngimişdi.
Aprelin 11-də tərəflər Pakistanın vasitəçiliyi ilə İslamabadda birbaşa danışıqlar aparsalar da, həmin görüşlər konkret razılaşma ilə nəticələnməmişdi. ABŞ rəsmiləri bunun təsdiqini versə də, İran tərəfi razılığın əldə olunmamasını Vaşinqtonun irəli sürdüyü sərt tələblərlə əlaqələndirmişdi.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре