İran ABŞ ilə ikinci tur danışıqlara qatılacaq

İran nümayəndə heyəti ABŞ ilə keçiriləcək ikinci tur danışıqlarda iştirak etmək qərarı verib.

Day.Az xəbər verir ki, bu barədə Pakistan mənbələri məlumat yayıb.

Bildirilib ki, daha əvvəl İran tərəfinin növbəti mərhələdə iştirakdan imtina etdiyi bildirilsə də son açıqlamalar bu qərarın dəyişdiyini göstərir.

Xatırladaq ki, tərəflər arasında ilk görüş İslamabad şəhərində baş tutmuşdu. Yeni qərar regionda artan gərginlik fonunda diplomatik prosesin davam etdirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.