Diş həkiminə gedən xəstənin qolları və ayaqları amputasiya edilib
ABŞ-də 35 yaşlı Davon Vanterpul diş həkiminə adi müraciətdən sonra nadir və ağır fəsadla üzləşərək çoxsaylı amputasiyalara məruz qalıb.
Day.Az xarici mediaya istinadən xəbər verir ki, ona diş ətlərində iltihab və qanaxma diaqnozu qoyulub, lakin bir neçə saat sonra vəziyyəti kəskin pisləşib.
İlkin simptomlar qripə bənzəsə də qızdırma və halsızlıq sürətlə artıb. Xəstə daha sonra septik şok diaqnozu ilə xəstəxanaya yerləşdirilib və komaya düşüb.
Həkimlər onun vəziyyətinin kritik olduğunu bildiriblər. Müayinələr zamanı nadir ağırlaşma - Purpura fulminans aşkarlanıb. Bu vəziyyət qan laxtalanmasının pozulması və toxumaların sürətlə məhv olması ilə xarakterizə olunur.
Həkimlər infeksiyanın yayılmasının qarşısını almaq üçün xəstənin sağ ayağını və sol ayağının dizdən aşağı hissəsini amputasiya edib, həmçinin sol qolunu və sağ əlini kəsmək məcburiyyətində qalıblar.
Ehtimal edilir ki, infeksiya diş müayinəsi zamanı zədələnmiş diş ətləri vasitəsilə qan dövranına keçib.
Hazırda xəstənin vəziyyəti ağır olaraq qalır, lakin müalicəyə müəyyən reaksiya verdiyi bildirilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре