https://news.day.az/azerinews/1829258.html Yaponiyada hərbi təlimdə partlayış: 3 hərbçi həlak olub Yaponiyanın cənub-qərbində hərbi təlim zamanı baş verən partlayış nəticəsində 3 hərbçi həyatını itirib, 1 nəfər isə yaralanıb. Day.Az yerli KİV-ə istinadən xəbər verir ki, Oita prefekturasında yerləşən təlim poliqonunda tank təlimi zamanı mərmi atəş açılmadan əvvəl partlayıb.

Yaponiyada hərbi təlimdə partlayış: 3 hərbçi həlak olub

Azərbaycanca, 21 апреля 2026 11:42 (UTC +04:00) 252
Yaponiyada hərbi təlimdə partlayış: 3 hərbçi həlak olub

Yaponiyanın cənub-qərbində hərbi təlim zamanı baş verən partlayış nəticəsində 3 hərbçi həyatını itirib, 1 nəfər isə yaralanıb.

Day.Az yerli KİV-ə istinadən xəbər verir ki, Oita prefekturasında yerləşən təlim poliqonunda tank təlimi zamanı mərmi atəş açılmadan əvvəl partlayıb.

Nəticədə 3 hərbçi həlak olub, yaralanan əsgərin isə üz nahiyəsində yanıq xəsarətləri qeydə alınıb.

Yaponiyanın müdafiə naziri Koizumi Şinciro hadisəni "son dərəcə üzücü" adlandıraraq bildirib ki, partlayışın səbəbləri araşdırılır və gələcəkdə bu cür halların qarşısını almaq üçün bütün zəruri təhlükəsizlik tədbirləri görüləcək.

Hadisənin səbəbi ilə bağlı araşdırmalar davam edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости