İranda Mossad-la əlaqəli şəxs edam edilib

İranda İsrailin xarici kəşfiyyat xidməti Mossad ilə əlaqədə olmaqda ittiham olunan bir şəxs edam olunub.

Day.Az xəbər verir ki, İran məhkəmə orqanlarına bağlı Mizan xəbər agentliyinin yaydığı məlumata əsasən həmin şəxs həm də yanvar ayında paytaxt Tehranda baş verən etirazlar zamanı məscidi yandırmaqda günahlandırılıb.

Amirəli Mircəfəri adlı şəxs təhlükəsizlik əleyhinə fəaliyyətlərdə iştirak və kundaklama ittihamları ilə mühakimə olunub.

Onun barəsində çıxarılan ölüm hökmü Ali Məhkəmə tərəfindən təsdiqlənib və bu gün icra edilib.

Qeyd edək ki, İranda 2025-ci ilin dekabrında bahalaşmaya qarşı başlayan etiraz aksiyaları sonradan hökumət əleyhinə çıxışlara çevrilmiş, hadisələr bir neçə gün davam edərək zorakılıq halları ilə müşayiət olunmuşdu.