Hörmüzdə gərginlik ARTIR: İran Oman sahillərində konteyner gəmisinə atəş açdı
Hörmüz boğazı ətrafında gərginlik davam edir.
Day.Az Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinə istinadən xəbər verir ki, Oman sahillərinin yaxınlığında konteyner gəmisinə hücum edilib.
Bildirilir ki, İran İnqilab Keşikçiləri Korpusuna məxsus sürətli hücum kateri xəbərdarlıq etmədən gəmiyə atəş açıb və nəticədə gəminin idarəetmə hissəsinə ciddi ziyan dəyib.
Məlumata əsasən, hadisə Omanın təxminən 15 dəniz mili şimal-şərqində baş verib. Hadisə zamanı yanğın və ya ekoloji fəsad qeydə alınmayıb, ekipaj üzvlərinin hamısının təhlükəsiz olduğu bildirilib.
İrana yaxın media isə hadisəni fərqli təqdim edib. Onların iddiasına görə, gəmi əvvəlcədən edilən xəbərdarlıqlara məhəl qoymayıb və İran qüvvələri "dəniz hüququnu tətbiq edib". Hadisə bölgədə təhlükəsizlik risklərinin artdığını bir daha göstərir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре