ABŞ vətəndaşlarına çağırış etdi:

ABŞ Dövlət Departamenti İran ərazisində olan vətəndaşlarına ölkəni tərk etmələri barədə çağırış edib.

Day.Az xarici mediaya istinadən xəbər verir ki, ABŞ tərəfindən İran hava məkanının qismən açılması və uçuşların bərpası fonunda çıxış imkanların yarandığı və vətəndaşlara mövcud fürsətdən istifadə etmələri tövsiyə olunduğu bildirilib.

Rəsmi xəbərdarlıqda qeyd olunur ki, ABŞ vətəndaşları yerli xəbərləri izləməli və uçuşlarla bağlı məlumatları birbaşa aviaşirkətlərdən dəqiqləşdirməlidirlər. Eyni zamanda, ölkədən çıxış üçün alternativ marşrutlar da göstərilib.

Məlumata görə, İranı tərk edən şəxslər quru yolu ilə Ermənistan, Azərbaycan, Türkiyə və Türkmənistan istiqamətlərindən istifadə edə bilərlər.

Bununla yanaşı, Əfqanıstan, İraq və Pakistan sərhəd bölgəsinə səfər etməmək tövsiyə olunur.