https://news.day.az/azerinews/1829762.html ABŞ İranın dəniz blokadası çərçivəsində 30-dan çox gəmini saxlayıb - FOTO ABŞ İranın dəniz blokadasının tətbiq olunduğu müddət ərzində 30-a yaxın gəmini saxlayıb. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) rəsmi "X" səhifəsində məlumat yayıb.

ABŞ İranın dəniz blokadası çərçivəsində 30-dan çox gəmini saxlayıb - FOTO

Azərbaycanca, 23 апреля 2026 09:48 (UTC +04:00) 264
ABŞ İranın dəniz blokadası çərçivəsində 30-dan çox gəmini saxlayıb

ABŞ İranın dəniz blokadasının tətbiq olunduğu müddət ərzində 30-a yaxın gəmini saxlayıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) rəsmi "X" səhifəsində məlumat yayıb.

"ABŞ qüvvələri İrana qarşı blokada çərçivəsində 31 gəmini saxlayaraq onları çıxdıqları limana geri istiqamətləndirib", - məlumatda qeyd olunur.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub.

Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İran təklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başa çatana qədər atəşkəsi uzatdığını bildirib. Bununla belə İrana qarşı tətbiq olunan dəniz blokadası qüvvədə saxlanılıb.

  • ABŞ İranın dəniz blokadası çərçivəsində 30-dan çox gəmini saxlayıb
  • ABŞ İranın dəniz blokadası çərçivəsində 30-dan çox gəmini saxlayıb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости