https://news.day.az/azerinews/1830022.html Hazırki hava durumu AÇIQLANIB Aprelin 24-ü saat 10:00 olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Day.Az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi rayonlarda yağıntılı olub, yüksək dağlıq ərazilərdə isə (Kəlbəcər, Laçın) sulu qar yağıb.

Hazırki hava durumu AÇIQLANIB

Azərbaycanca, 24 апреля 2026 11:12 (UTC +04:00) 248
Hazırki hava durumu

Aprelin 24-ü saat 10:00 olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Day.Az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi rayonlarda yağıntılı olub, yüksək dağlıq ərazilərdə isə (Kəlbəcər, Laçın) sulu qar yağıb.

Düşən yağıntının miqdarı Qubada 3, Gəncə, Naftalan, Qusar, Balakən, Şabran, Xaçmaz, Zaqatala, Şəki, Tərtər, Yevlax, Sabirabad, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 millimetrdir.

Bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənir. Küləyin maksimal sürəti saniyədə Kəlbəcərdə 25, Ağstafada 21, Tovuz və Xınalıqda 20, Goranboyda 19, Zəngilan, Naftalan və Daşkəsəndə 18 metrdir, Lerik və Gədəbəydə isə 16 metrədək çatır.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Gəncə, Goranboy, Naftalan, Şəmkir, Balakən, Qobustan, Şamaxı, Xızı, Zaqatala, Şəki, Qəbələ, Oğuz, Qusar, Quba, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости