https://news.day.az/azerinews/1830136.html Məhv etmək üçün atəş açacağıq - Pentaqondan İrana xəbərdarlıq Suya mina atmağa cəhd edən İran katerləri tərəddüdsüz məhv ediləcək. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin müharibə naziri Pit Heqset Pentaqonda "Epic Fury" əməliyyatı ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Məhv etmək üçün atəş açacağıq - Pentaqondan İrana xəbərdarlıq

Azərbaycanca, 24 апреля 2026 16:52 (UTC +04:00) 287
Məhv etmək üçün atəş açacağıq

Suya mina atmağa cəhd edən İran katerləri tərəddüdsüz məhv ediləcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin müharibə naziri Pit Heqset Pentaqonda "Epic Fury" əməliyyatı ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Heqset bildirib ki, ABŞ Prezidenti Donald Tramp suya minalar yerləşdirməyə cəhd edən və ya Hörmüz boğazından gəmilərin keçidinə mane olan istənilən İran katerinin vurulmasına icazə verib.

"Biz tərəddüd etmədən məhv etmək üçün atəş açacağıq", - deyə Heqset bildirib.

Pentaqon rəhbərinin sözlərinə görə, İranın hələ də müdrik seçim etmək, danışıqlara getmək, nüvə silahından imtina etmək imkanı var. O bildirib ki, İran danışıqlar masasında düzgün seçim etmək üçün hələ də açıq imkanın olduğunu bilir, onların etməli olduğu yeganə şey nüvə silahından real və yoxlanıla bilən şəkildə imtina etməkdir.

Heqset həmçinin bildirib ki, İran limanlarına gedib-gələn bütün gəmilər geri qaytarılıb və bu günə olan vəziyyətə görə, indiyədək 34 gəmi saxlanılaraq geri istiqamətləndirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости