İranın hücumları ABŞ bazalarına böyük ziyan vurub

İranın Yaxın Şərqdəki ABŞ bazalarına hücumları nəticəsində 228 obyekt və avadanlıq zədələnib.

Day.Az bu barədə "Washington Post"-un peyk görüntülərinə əsaslanan məlumatına görə xəbər verir. Bildirilib ki, hücumlarda hangarlar, yanacaq anbarları və hava müdafiə sistemləri hədəfə alınıb.

Ən böyük dağıntının Bəhreyn və Küveytdəki bazalarda qeydə alındığı bildirilir. Qəzet yazır ki, ABŞ ordusu İranın raket və dron imkanlarını düzgün qiymətləndirməyib.

Məlumata görə, bəzi bazalar təhlükəli hesab edildiyi üçün ABŞ hərbçilərinin bir hissəsi bölgədən çıxarılıb.