ABŞ 70-dən çox tankerin İran limanlarına daxil olmasına imkan vermir
ABŞ qüvvələri 70-dən çox tankerin İran limanlarına daxil olmasının qarşısını alır.
Day.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" səhifəsində dərc olunan məlumatında qeyd olunur.
"Hazırda ABŞ qüvvələri 70-dən çox tankerin İran limanlarına daxil olmasının və ya həmin limanlardan çıxmasının qarşısını alır. Bu ticarət gəmilərinin ümumi daşıma potensialı 166 milyon bareldən çox İran neftini əhatə edir ki, bunun da təxmini dəyəri 13 milyard dollardan artıqdır.
CENTCOM aşağıdakı məlumatları təqdim edib:
Uyğunluğun təmin olunması üçün 50-dən çox gəminin marşrutu dəyişdirilib
73 tanker 166 milyon barel İran neftini daşıya bilmir
13 milyard dollardan artıq vəsait İran rəhbərliyinə çatmır
Əməliyyatın icrasında iştirak edir:
15 000-dən çox hərbçi
200-dən çox təyyarə
20-dən çox hərbi gəmi
İstifadə olunan vasitələrin növləri
Aviadaşıyıcılar
Amfibiya hücum gəmiləri
Amfibiya nəqliyyat-dok gəmiləri
Desant gəmiləri
İdarəolunan raketli esmineslər
Kəşfiyyat, müşahidə və nəzarət təyyarələri
Sahilboyu döyüş gəmiləri
Quru və dəniz bazalı döyüş təyyarələri
Pilotsuz uçuş aparatları
Yanacaq doldurma təyyarələri
Helikopterlər
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре