https://news.day.az/azerinews/1833222.html Bolqarıstanda yeni hökümət qurulub Bolqarıstan parlamenti "Mütərəqqi Bolqarıstan" partiyasının lideri Rumen Radevi ölkənin baş naziri vəzifəsinə təsdiqləyib. Onun namizədliyinin lehinə 124 deputat səs verib, 70 deputat əleyhinə çıxıb, daha 36 nəfər isə bitərəf qalıb. Day.Az bu barədə xarici KİV-ə istinadəna xəbər verir.

Bolqarıstanda yeni hökümət qurulub

Azərbaycanca, 8 мая 2026 19:32 (UTC +04:00) 409
Bolqarıstanda yeni hökümət qurulub

Bolqarıstan parlamenti "Mütərəqqi Bolqarıstan" partiyasının lideri Rumen Radevi ölkənin baş naziri vəzifəsinə təsdiqləyib. Onun namizədliyinin lehinə 124 deputat səs verib, 70 deputat əleyhinə çıxıb, daha 36 nəfər isə bitərəf qalıb.

Day.Az bu barədə xarici KİV-ə istinadəna xəbər verir.

 

Baş nazirlə yanaşı, hökumətin yeni tərkibi də təsdiqlənib. Daxili işlər naziri vəzifəsinə İvan Demerciyev, müdafiə naziri vəzifəsinə Dimitar Stoyanov, xarici işlər naziri vəzifəsinə isə Velislava Petrova-Çamova təyin olunub. Səsvermədən sonra Nazirlər Kabinetinin üzvləri parlamentdə and içiblər.

2026-cı ilin əvvəlindən etibarən Bolqarıstan Rosen Jelyazkovun istefasından sonra müvəqqəti hökumətlə idarə olunurdu. Apreldə keçirilən növbədənkənar parlament seçkilərində Radevin partiyası səslərin 44,5 faizini toplayaraq parlamentdəki 240 yerdən 131-ni qazanıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости