Tanınmışların reklam etdiyi məhsullar nə qədər KEYFİYYƏTLİDİR? - AÇIQLAMA
Sosial media tanınmışlarının reklam etdiyi məhsullar bir çox hallarda vətəndaşlarda müəyyən suallar yaradır. Əsas maraqlı olan məqam həmin məhsulların keyfiyyəti ilə bağlıdır.
Day.Az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, bunun əksər hallarda maddi maraq qarşılığında baş verdiyinə şübhə yoxdur.
O, qeyd edib ki, düzgün insan hər hansı malın və ya xidmətin mahiyyətini, keyfiyyətini və real üstünlüklərini dərindən bilmədən, saxta sertifikatlara və etibarsız sənədlərə aldanaraq öz nüfuzunu riskə atmamalıdır.
"30 il ərzində mənə dəfələrlə həm xarici, həm də yerli şirkətlər tərəfindən müxtəlif məhsul və xidmətlərin reklamını etməklə bağlı təkliflər olunub. Lakin düzgünlük hər cür maddi maraqdan daha önəmli olmalıdır. Təəssüf ki, bəzi tanınmış şəxslər bu cür fəaliyyətlərdə iştirak edirlər. Bunun əksər hallarda maddi maraq qarşılığında baş verdiyinə şübhə yoxdur. İnsan nəfsini deyil, ağlını rəhbər tutmalıdır.
Türkiyə mediasında oxuduğum bir fikir həmişə yadımdadır: "Dünya istehlakçılarını aldatmaq üçün pula satılmış 20 professor kifayətdir". Çox təəssüf ki, bu problem bizdə də mövcuddur," - o deyib.
E.Hüseynov bildirib ki, birliyimizə məhz bu cür reklam olunan mal və xidmətlərlə, xüsusilə də bəzi həkimlərin fəaliyyəti ilə bağlı daim şikayətlər daxil olub:
"Danışıqlar yolu ilə bir çox hallarda vətəndaşların, hətta məşhur həkimlərə ödədikləri pulların geri qaytarılmasına nail olmuşuq. Düzgün insan hər hansı malın və ya xidmətin mahiyyətini, keyfiyyətini və real üstünlüklərini dərindən bilmədən, saxta sertifikatlara və etibarsız sənədlərə aldanaraq öz nüfuzunu riskə atmamalıdır", - deyə o bildirib.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре