Azərbaycanlı Dövlət Dumasına namizəd oldu

Day.Az представляет новость на азербайджанском языке
Azərbaycanlı Ramin Qasımov Rusiya Dövlət Duması deputatlığına namizəddir.
Day.Az bildirir ki, bu barədə lent.az-a Dərbənddə yaşayan həmkarımız Telman Tahirli deyib.
Onun dediyinə görə, həmyerlimizin namizədliyi hakim "Vahid Rusiya" ("Yedinaya Rossiya") partiyasından, Dağıstan Respublikasında yerləşən 11 saylı seçki dairəsindən verilib.
"Ramin Qasımov hazırda Dərbənddə görüşlər keçirir. Onun Dövlət Dumasının deputatı seçilmək şansı çoxdur. May ayının sonunda "Vahid Rusiya" partiyasının Dağıstan üzrə namizədlərinin tam siyahısı bəlli olacaq. Sentyabrın 18-də isə seçkidir. Ramin Qasımovun şansları isə yüksək dəyərləndirilir", - deyə Dərbənddəki mənbə bildirib. Ramin Qasımov 1978-ci il aprelin 4-də Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub. Hazırda Moskvada yaşayır. Dövlət Duması deputatının köməkçisidir.
Onu da qeyd edək ki, Rusiya müstəqillik qazanandan Dumada milliyyətcə azərbaycanlı deputat olmayıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре