Beynəlxalq Elmlər Akademiyası Azərbaycan Bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Day.Az представляет новость на азербайджанском языке

Beynəlxalq Elmlər Akademiyası Azərbaycan Bölməsinin Rəyasət Heyətinin iclası

Bakıda Elmi İnkişaf üzrə Beynəlxalq Şura- Beynəlxalq Elmlər Akademiyası Azərbaycan Bölməsinin (BEA AB) Rəyasət Heyətinin iclası keçirilmişdir.İclasda Beynəlxalq Elmlər Akademiyasının prezidenti, akademik Valter Kofler (Avstriya), BEA-nın Baş Katibi, BEA Rusiya Bölməsinin prezidenti,akademik, professor, Dr. Oleq Qlazaçev iştirak etmişlər.

Bu barədə Day.Az-a BEA AB-nin mətbuat xidmətindən bildrilib.

İştirakçılar əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xtirəsini dərin ehtiramla yad edərək məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla anılmış, məzarı önünə gül dəstələri düzülmüşdür.

İclası BEA AB prezidenti, akademik, professor, geologiya-minerologoya elmləri doktoru Elçin Xəlilov açaraq BEA AB-nin 15 illik yubileyinə həsr olunmuş tədbirə gəlmiş qonaqları təqdim etmiş və iclasın gündəliyi ilə içtirakçıları tanış etmişdir.

BEA-nın prezidenti, akademik Valter Kofler iclas iştirakçılarını salamlayaraq Akademiyanın Azərbaycan bölməsində çalışan alimlərin ötən dövrdə əldə etdiyi nailiyyətləri, keçirdiyi beynəlxalq konfransların, seminarların, nəşr olunmuş elmi əsərlərin əhəmiyyətini qeyd edərək demişdir ki, azərbycanlı alimlər əl-ələ verərək bir-birinə kömək edirlər.Ona görə də elmi əhəmiyyətli işlər yüksək səviyyədə olur. Bu işlər elmin vacib sferasını əhatə edirlər.Bu isə elmin gələcəyi üçün ən vacib amildir. Mən 2003-cü ildə Azərbaycana, bu akademiyaının açılış mərasiminə gələndə Prezident Heydər Əlievlə görüşmüşdüm.Burada baş assambleyanı təşkil edərək Azərbaycan Bölməsinin iqamətgahının açılış mərasimini keçirdik. Heydər Əliyevin qardaşı akademik Cəlal Əliyevlə tanış oldum. O vaxtdan indiyədək çoxlu dəyişikliklər oldu.Elmi işlərdə, bu təşkilatın həyatında baş verən yenilikləri çox vacib hesab edirəm.Sahənin işinə böyük əhəmiyyət verərək bu akademiyada çalışanların əməyini yüksək qiymətləndirirəm.Bu akademiyada çalışan alimlər bir manat da olsun almırlar, ictimai əsaslarla elmi fəaliyyətlərini uğurla davam etdirirlər. Ötən 15 ildə Azərbaycanda elmi texnologiya inkişaf etmişdir. Elmi işlər uğurla davam edir, bütün bunlar isə razlıq döğurur.

BEA-nın Baş katibi, BEA Rusiya Bölməsinin prezidenti professor, Dr. Oleq Qlazaçev çıxış edərək demişdir ki, 15 ildən sonra Akademiyanın Azərbaycan Bölməsində müxtəlif elm sahələrinin alimləri ixtisaslaşaraq və sıx birləşərək öz peşəkar elmi əmək fəaliyyətlərini yeni qüvvə ilə davam etdirirlər.Bu hərakatın davam etdirilməsi çox fərəhləndirici haldır və yüksəlişdir. Bu illr ərzində bu elm ocağının həyatında baş verən dəyişikliklər fərəh doğurur və maliyyə imkanları olmadan elmin səviyyəsi səmərəli olmuşdur.Çıxışında Rusiya və Azərbaycan bölmələrinin sıx elmi əməkdaşlığından söz açan natiq birgə keçirilən beynəlxalq tədbirlərin yüksək əhəmiyyəti və hər iki bölmənin elmi təşəbbüsləri ilə əldə oluanan nailiyyətlərə, alimlərin qazandığı uğurlara görə həmkarlarını təbrik etmişdir.

BEA AB-nin 15 illik yubileyi və fəaliyyəti haqqında videofilm nümyiş etdirilmişdir. 2001-2016-cı illər dövründə hesabat məruzəsi ilə BEA Azərbaycan bölməsinin prezidenti, akademik, professor Elçin Xəlilov məruzə etmişdir. E. Xəlilov çıxışında demişdir ki, 2001-2016-cı illər ərzində Beynəlxlq Elmlər Akademiyasının Azərbaycan Bölməsi bir neçə böyük beynəlxalq və milli konfranslar keçirmiş və onların məruzələr toplusu, monoqrafiyalar, kitablar və broşurlar H&E "Science Without Borders" ("Sərhədsiz Elm") Beynəlxalq Elmlər Akademiyasının məruzələri, 3 cild elmi məqalələr toplusu çapdan buraxılmışdır.

Elm və təhsildə böyük nailiyyətlərə görə bir sıra görkəmli Azərbaycan alimləri Beynəlxalq Elmlər Akademiyasının və BEA-nın Azərbaycan Bölməsinin ali mükafatı olan - Qızıl Nişanla təltif edilmişlər.

2002-ci ilin may ayında Azəbaycan Prezidenti, Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyev müstəqil Azərbaycanda yeni demokratik ictimaiyyətin formalaşdırılması, elmin və təhsilin inkişafında görkəmli və müstəsna nailiyyətlərinə görə Beynəlxalq Elmlər Akademiyasının H&E (Avstriya) Ali mükafatı olan Nobel laureatı Pavlov adına Qızıl Nişanla təltif edilmişdir və Beynəlxalq Elmlər Akademiyasının H&E (Avstriya) fəxri Akademiki seçilmişdir.

2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda demokratik ictimaiyyətin və iqtisadiyyatın inkişafında müstəsna və görkəmli nailiyyətlərə görə Beynəlxalq Elmlər Akademiyasının H&E (Avstriya) fəxri Akademiki seçilmişdir və ona Nobel laureatı Pavlov adına olan Qızıl Nişan təqdim olunmuşdur.

2005-ci ilin may ayında Beynəlxalq Elmlər Akademiyasını H&E prezidenti professor Valter Kofler Beynəlxalq konfransın nümayəndələr heyəti tərkibində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmüşdür.

2010-cü ildə Beynəlxalq Elmlər Akademiyasının H&E prezidenti professor Valter Kofler Avstriya Prezidenti hökumət nümayəndələri heyəti tərkibində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmüşdür.

Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin fəaliyyətdə olan elmi bölməsi Zəlzələlərin Proqnozlaşdırılması və Öyrənilməsi Elmi-Tədqiqat İnstitutudur.İnstitutun əsas nailiyyəti-zəlzələlərin proqnozlaşdırılmasının işlənmiş yeni texnologiyası və ATROPATENA zəlzələlərin proqnozlaşdırılması stansiyalarıdır. Bu stansiyalar gözlənilən zəlzələ ocaqlarında kritik mexaniki gərginliyin toplanması nəticəsində ətrafa yayılan tektonik dalağalarını qeyd edir. Bu dalğalar böyük məsafələrə yayılır və ATROPATENA stansiyaları tərəfindən zəlzələnin baş verməsi anından 3-7 gün əvvəl qeyd olunur.

2009-cu ildə bu stansiyaların isifadəsi əsasında zəlzələlərin proqnozlaşdırılması Qlobal Şəbəkəsi (GNFE) mərkəzi Londonda olmaqla yaradılmışdır. 2009-cu ildə üç ədəd ATROPATENA zəlzələlərin proqnozlaşdırılması stansiyası işə buraxılmışdır. Bunlardan biri İndoneziyada (Yogyakarta), biri Pakistanda (İslamabad) və biri Azərbaycanda (Bakı) yerləşdirilmişdir. Sonralar stansiyalar həmçinin Türkiyədə (İstanbulda) və Ukraynada (Kiev) qurulmuşdur.

Zəlzələlərin proqnozlaşdırılması texnologiyası 2005 və 2013-cü illərdə alınmış PCT və Avrasiya patentlərinə malikdir. (Khalilov E.N. Earthquake  prediction method and device for the implementation thereof. World Intellectual Property Organization (WIPO), Geneva, Publication Date No: 04.07.2013, Publication № WO 2013/096997, International Application № PCT/AZ2011/000016 Eurasian Patent №018373)

2016-cı ildə Çin respublikasının zəlzələ administarsiyası ilə əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Bu memorandum uyğun olaraq stansiyalar həmçinin ÇXR-da yerləşdiriləcəklər.

2005-ci ildə zəlzələlərin proqnozlaşdırılması və öyərnilməsi ETİ-nu "Elm sülh naminə" beynəlxalq proqramı çərçivəsində 350 000 EUR məbləğində NATO qrantının qalibi olmuşdur.

Qrant, " Seysmodayanıqlı tikintinin yeni texnologiyası" proqramının yerinə yetirilməsinə ayrılmışdır.

Layihə müvəffəqiyyətlə icra edilmişdir və NATO tərəfindən 2010-cu uldə qəbul edilmişdir. Layihənin əsas nəticəsi, seysmodayanıqlı tikinti texnologiyasının yaradılmasıdır (Dancing Building Technology - DBT). DBT texnologiyasına 11 patent verilmişdir, onlardan axırıncısı 2013-cü ildə alınmışdır (Seismic block and preparation method thereof. World Intellectual Property Organization (WIPO), Geneva, Publication Date No: 12.09.2014, Publication № WO/2014/134690, International Application № PCT/AZ2013/000003).

Yeni seysodayanıqlı tikinti texnologiyası Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir, beləki, bu texnologiya baha olmayan 5 mərtəbəyə qədər seysmodayanıqlı binaların tikilməsinə imkan yaradır. Texnologiya maksimal sadədir, əsasən kənd rayonlarında aztəminatlı əhaliyə hesablanmışdır.

BEA-nın prezidenti, akademik Valter Kofler BEA AB-nin yeni həqiqi üzvü, akademiki, BEA-nın müxbir üzvləri seçilmiş namizədlərə diplomları və döş nişanlarını təqdim etmişdir. Azərbaycan MEA-nın akademiki, MEA-nın Geologiya İnstitutunun lasboratoriya müdiri Rərviz Məmmədov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti,texnika elmləri doktoru,BEA-nın müxbir üzvü Abbas Quvalov,SOCAR Geofizika və Geologiya İdarəsinin rəis müavini, "Geophysics Neüs in Azerbaijan" jurnalının baş redaktoru, Azərbaijanın Milli Geofizika Komitəsinin Sədr müavini, fizika-riyaziyyat elmləri namizədi,  Dünya Geofiziklar cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi Yusif Şıxəliyev, "Xalq qazeti"-nin baş redaktorunun müavini, Azərbacan Respublikasının əməkdar mədəniyyət işçisi Afət Məmmədov, Azərbaycan Respublikasının əməkdar həkimi, tibb elmləri doktoru, professor, Bakı şəhəri 1 №-li vərəm əleyhinə dispanserin baş həkimi Yavər Şıxəliyev BEA-nın həqiqi üzvləri seçilmişlər.

"Intergeo-Tetis" Beynəlxalq Elmi-Texniki Kompleksin laboratoriya müdiri, "Epidbiomed" şirkətinin direktoru, texnika elmləri namizədi Surxay Mustafayev, "Beynəlxalg ələgələr" üzrə, Çin Xalq Respublikası Şanxay Universitetinin rəsmi nümayəndəsi, Ümümdünya Elmi-Əməkdaşlıq Təşkilatının Koordinasiya Şurasının üzvü, fəlsəfə elmləri dokroru Renying Li BEA - nın müxbir üzvü seçilmişlər.

Elmin və təhsilin inkişafında görkəmli nailiyyətlərə görə BEA akademiki, professor, Dr. Məhbubə Vəliyevaya BEA AB-nin Qızıl Nişanı və diplom təqdim edilmişdir.

BEA yeni üzv-akademiki seçilməsinə adına namizədlər təklif edilmişdir.

Açıq səsvermə ilə BEA AB-nin Rəyasət Heyyəti, Prezidenti, Baş katibi və vitse-prezidentləri, Sturuktur rəhbərləri seçilmişdir. Akademik, professor Elçin Xəlilov yenidən BEA AB-nin prezidenti seçilmişdir.

BEA AB-nin 2017-2022-ci illər üçün İşlər planı müzakirə edilərək təsdiq edilmişdir.

BEA-nın prezidenti, akademik Valter Kofler son söz ilə çıxış edərək bu yüksək ada və mükafata görə təltif olunanları təbrik etmiş və akademiyaya fəaliyyətində yeni uğurlar arzulamışdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.