Müğənni Damlanın keçmiş həyat yoldaşı ilə bağlı İLGİNC XƏBƏR

Day.Az представляет новость на азербайджанском языке

Day.Az bildirir ki, ölkə.az gənc müğənni Damla (Məmmədova Məsumə Qərib qızı) ilə bağlı ilginc məlumat əldə edib.

Bildirilir ki, sənətçinin bu yaxınlarda boşandığı həyat yoldaşı Ceyhun Əliyev hazırda həbsdədir. C.Əliyev Əbu Bəkr məscidinin partladılmasında ittiham edilərək həbs olunan şəxslərdən biridir.

O da bildirilir ki, Damla evli olduğu müddətdə ərinin istəyi ilə dini məzhəblərdən birinin qaydalarına əməl edirmiş.

Mənbə iddia edir ki, Damlanın qardaşı da sözügedən qruplaşmada olub və hazırda axtarışdadır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.