10 il danışa bilməyən qız indi muğam oxuyur - Azərbaycanda möcüzə + VİDEO

Day.Az представляет новость на азербайджанском языке
10 yaşına kimi danışa bilməyən qız birdən dil açıb.
Axşam.az-ın məlumatına görə, o vaxta kimi valideynləri uşağın lal olduğunu zənn ediblər. 5 il əvvəl isə möcüzə adlandıra biləcəyimiz hadisə baş verib.
İlk dəfə dil açanda uşaq səsi ilə danışsa da, indi Rəvanə hətta peşəkar muğam ifaçıları kimi oxuyur.
10 il danışmayan Rəvanənin anası, sanki o illərin acığını çıxmaq üçün indi istəyir ki, qızı doyunca oxusun. Bəzən özü və ailə üzvləri də Rəvanəyə qoşulub muğam ifa edirlər.
Möcüzə kimi ömür yaşayan Rəvanənin gələcək arzuları da elə muğamla bağlıdır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Videonu izləmək üçün şəkilə klikləyin.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре