Azərbaycanın neftdən gələn gəlirləri artdı
Day.Az представляет новость на азербайджанском языке
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 1 mln. 988 min 124,61 dollar dəyərində 4 mln. 867 min 944,75 ton xam neft ixrac edib.
Day.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistik hesabatda bildirilir.
Rəqəmlərin təhlili göstərir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan neft nəqlini 10,5% və ya 570 min 9,32 ton azaldıb.
"Qara qızıl"ın nəqlinin azalmasına baxmayaraq, neft gəlirlərində artım müşahidə olunur. Belə ki, arxada qoyduğumuz rüb ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə neft gəlirləri 634 min 734,18 dollar və ya 31,9% çox olub.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре