https://news.day.az/azerinews/919394.html
Paytaxtda ölümlə nəticələnən qəza olub
Paytaxtda ölümlə nəticələnən qəza olub
Day.Az представляет новость на азербайджанском языке
Binəqədi rayonu, Azadlıq prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Day.Az bildirir ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 28-də saat 1.00 radələrində Binəqədi rayonu Azadlıq prospektində Abşeron rayon sakini Şamxal Əhmədov idarə etdiyi "Volksvagen" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Kamran Abdullayevi vurub.
Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Binəqədi RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре