https://news.day.az/azerinews/1826794.html Belarus Azərbaycanla tikinti sahəsində əməkdaşlıqda maraqlıdır - FOTO Azərbaycan Tikinti Assosiasiyasının təşkilatçılığı ilə Assosiasiyanın üzv şirkətlərinin nümayəndələrindən ibarət nümayəndə heyətinin Belarus Respublikasına, qarşı tərəfin dəvəti əsasında, əməkdaşlıq niyyətli işgüzar səfəri həyata keçirilib.

Belarus Azərbaycanla tikinti sahəsində əməkdaşlıqda maraqlıdır - FOTO

Azərbaycanca, 9 апреля 2026 11:38 (UTC +04:00) 756
Belarus Azərbaycanla tikinti sahəsində əməkdaşlıqda maraqlıdır

Belarus və Azərbaycan tikinti sahəsində irimiqyaslı layihələr reallaşdıracaq. Azərbaycan Tikinti Assosiasiyasının nümayəndə heyəti Belarus Memarlıq və Tikinti Naziri Aleksandr Studnev ilə görüşüb. Görüş zamanı nazir Azərbaycanla tikinti sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb və iki ölkə rəhbərləri arasında formalaşan etibarlı tərəfdaşlığın əməkdaşlığa güclü təkan verdiyini qeyd edib. Görüşün nəticəsi olaraq Belarus Respublikası İnşaatçılar İttifaqı ilə Azərbaycan Tikinti Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum memarlıq və tikinti sahəsində sistemli əməkdaşlığı və irimiqyaslı birgə layihələr üçün hüquqi bazanı təmin edir.

Bundan sonra nümayəndə heyəti Belarus Tikinti İttifaqının ofisində B2B formatında görüşlərdə iştirak edib, "Belstroytsentr", Baş Dövlət Tikinti Ekspertizası, Belarus Elmi-Tədqiqat və Layihə Şəhərsalma İnstitutu və "Belqosproekt" ilə müzakirələr aparıb. Qeyd edək ki, səfər ATİA İdarə Heyətinin sədri Ramiz İsayevin başçılığı ilə reallaşdırılıb. Assosiasiyanın rəhbər heyəti və üzv şirkətlər - "Crystal Group of Companies" ASC, "Unimetal" MMC, "Fəxrəddin-K" MMC, "İzo Fasad" MMC Belarus Respublikasının aidiyyəti dövlət qurumları ilə bir sıra görüşlər keçirib.Görüşlər zamanı tikinti sənayesinin inkişafı, şəhərsalma, layihələndirmə, ekspertiza fəaliyyəti, istehsal imkanları, innovativ texnologiyalar və institusional əməkdaşlıq istiqamətləri üzrə geniş fikir mübadiləsi aparılıb.

  • Belarus Azərbaycanla tikinti sahəsində əməkdaşlıqda maraqlıdır

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости