“Jara-2017”: Alla Puqaçovanın yaradıcılığına həsr edilmiş musiqi gecəsi

Day.Az представляет новость на азербайджанском языке

İyulun 29-da "Sea Breeze" istirahət mərkəzində daha bir unudulmaz gün yaşanır. Bir qədər əvvəl dünya şöhrətli müğənni, rus estradasının primadonnası, SSRİ Xalq Artisti, Rusiya Federasiyası Dövlət mükafatı laureatı Alla Puqaçovanın yaradıcılıq gecəsi start götürüb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki,  "Jara-2017" Beynəlxalq Musiqi Festivalı çərçivəsində tamaşaçılara unudulmaz anlar və sürprizlər vəd edən konsert proqramı İnna Malikova və Aleksandr Revvanın dueti ilə başlayıb.

Sonra səhnəyə çıxan Oleq Qazmanov, Ani Lorak, Filip Kirkorov, Kristina Orbakayte, Stas Mixaylov və başqaları Alla Puqaçovanın repertuarından sevilən mahnılarını səsləndiriblər. EMİN və

A'Studio qrupu duet oxuyub.

Filip Kirkorov "Na nebe" mahnısını ilk dəfə olaraq Bakı tamaşaçıları qarşısında ifa edib.

Konsertin gedişində məşhur müğənninin yaradıcılığı ilə bağlı fikirlər səslənib. Konsert proqramı davam edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.