"Real" İspaniya Superkubokunu qazandı

Day.Az представляет новость на азербайджанском языке

Son ölkə çempionu "Real" İspaniya Superkubokunu da qazanıb.

Day.Az qol.az-a istinadən xəbər verir ki,  paytaxt təmsilçisi iki oyundan ibarət mübarizədə "Barselona"dan güclü olub. 

İlk görüşdə səfərdə rəqibini 3:1 hesabı ilə məğlub edən Zinəddin Zidanın komandası bu gün Madriddə keçirilən görüşdə 2 cavabsız qolla Superkubokun sahibi olub.

"Real"ın hücumçusu Kriştiano Ronaldo cəzalı durumda olduğundan bu görüşdə iştirak etməyib.


17 avqust

"Real" - "Barselona" - 2:0
Qollar: Asensio, 4, Benzema, 39
İlk oyun - 3:1

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: