Zərnigar Atakişiyeva filmdə açıq-saçıqlığa üsyan etdi

Day.Az представляет новость на азербайджанском языке:

Xalq artisti, tanınmış aktrisa Zərnigar Ağakişiyeva yeni çəkilən filmlərlə klassik filmləri fərqləndirib. Aktrisa bu haqda fikirlərini Milli.Az-ın əməkdaşı ilə söhbətində bölüşüb.
 

"Yeni filmlərimizdən danışarkən bir qədər əvvələ getmək lazımdır. Bizim pis klassik filmimiz yoxdur. O filmlərə ki biz sovet dövründə qiymət vermirdik, bu gün baxıb görürük ki, çox dəyərli qiymətləri varmış. Şəxsən mən bizim köhnə filmlərimizin hamısını çox sevirəm. Bəzi filmlərimiz hətta italyan kino sənətinə uyğundur. Bu da xarakterdən irəli gəlir. Qafqaz xalqlarında çılğın bir xarakter var.
 

Bizim filmlərimiz Azərbaycan xalqının əxlaqını təqdim edən filmlərdir. Mən istəməzdim, bu əxlaq, bu abır-həya, bu ləyaqət filmlərimizdən kənara çıxsın. "Yuxu" filmi bizim ümumilikdə milli koloritimizə çevrilib. Bu film o qədər xalqın xarakterinə yaxındır ki, xalq da onu sevir. Filmdə bir səhnə var, istərdim, onu sizin diqqətinizə çatdırım. Əlabbas sevdiyi qızla görüşəndə ara məsafə saxlayıb bir-birinə sevgilərini izhar edirlər. Özü də çətinliklə. Beyindən dilə gətirmək abır-həya istəyir ki, iki gənc bu sözü desin. Yeni nəsil varsa, təbii ki, yeniliklər də olacaq. Amma istərdim ki, bu kimi xüsusiyyətlər filmlərimizdə qalsın. Müasir gəncliyin haraya gedəcəyini bilmirəm. Amma istərdim ki, yaxşı olsun. Açıq-saçıqlığın olması vacib şərt deyil. Rejissorlar filmlərində nəyisə aşılaya bilməyəndə açıq-saçıqlığın dalınca qaçırlar. Bu mənlik deyil, mən buna heç bir qiymət verə bilmərəm", - deyə xalq artisti bildirib.