SAM-ın əməkdaşları Pakistanda səfərdə olmuşlar – FOTO

Day.Az представляет новость на азербайджанском языке.

SAM-ın əməkdaşları Pakistan İslam Respublikasının İslamabad şəhərinə səfər etmişlər.

Day.Azın SAM-ın məlumatına istinadən verdiyi xəbərə görə, 3-5 mart, 2014 cü il tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Direktor müavini Gülşən Paşayeva, Xarici Siyasət Məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov və həmin şöbənin elmi işçisi Fuad Çıraqov Pakistan İslam Respublikasının İslamabad şəhərinə səfər etmişlər.
 

Səfər çərçivəsində SAM-ın əməkdaşları martın 3-də Quadi-e-Azam Universitetinin Müdafiə və Strateji Araşdırmalar mərkəzində həmin universitetin müəllim və tələbə heyəti ilə görüş keçirmişlər.

Görüşdə Azərbaycan haqqında ümumi məlumat verildikdən sonra, ikitərəfli münasibətlərin müxtəlif aspektləri, regional və qlobal təhlükəsizlik məsələlərinə aid müzakirələr keçirilmişdir. Martın 4-də İslamabad şəhərində SAM və Sülh və Diplomatiya İnstitutunun birlikdə təşkil etdiyi "Kəşmir və Dağlıq Qarabağ: həlli yollarının axtarılması" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Konfransda SAM və Sülh və Diplomatiya İnstitutunun əməkdaşları ilə yanaşı müxtəlif ölkələrin səfirliklərinin nümayəndələri, Pakistanın müxtəlif universitetlərinin professorları habelə Kəşmir bölgəsindən olan müxtəlif çıxışçılar iştirak etmişdir.
 

Böyütmək üçün şəkillərə klikləyin: