TMB TV “Qrand-2012” mükəfatına layiq görüldü TMB TV " İlin ən baxımlı musiqi telekanalı" nominasiyasında "Qrand-2012" mükəfatına layiq görüldü.

İyunun 9-da Heydər Əliyev adına sarayda "Qrand-2012" milli mükəfatını təqdimat mərasimi olub. "V & V" şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət və Turim Nazirliyinin dəstəyi ilə keçirilən mərasimdə yerli şou-biznes nümayəndələri ilə yanaşı Türkiyənində tanınmış sənət ustaları iştirak ediblər. Müxtəlif nominasiyalar üzrə təqdim olunan "Qrand 2012" mükafatına " İlin ən baxımlı musiqi telekanalı" nominasıyasında Türkiyənın TMB televiziyası layiq görülüb.

Mükafatı telekanalın baş redaktoru Ayşe Matay alıb. O, Azərbaycanda belə bir mükafata layiq görülməyin qürurverici olduğunu bildirib, bundan sonra da Azərbaycanın o cümlədən bütün Türk dünyasının müasir musiqisini dünyaya tanıdılmasına səylə çalışacaqlarını diqqətə çatdırıb.

Bundan əlavə Müğənni Röya "İlin qadın müğənnisi", "Gizli sevgi" bəstəsinə görə "İlin mahnısı", Sevda Yahyayeva isə "İlin konserti" və "İlin albomu" mükafatını əldə ediblər. Xalq artistləri Fidan və Xuraman Qasımova, əməkdar artist Manana, Elza Seyidcahan, meyxanaçı Namiq Qaraçuxurlu, Ehtiram və İntiqam qardaşları, müğənni Zamiq Hüseynov, Aysel Əlizadə, Elton Hüseynəliyev, aparıcılar Zaur Baxşəliyev, Xoşqədəm Hidayətqızı, Afaq Gəncəli, Günel Hümbətova, Kazım Sübhan, modelyer Sakit Abbasov, bəstəkar Nailə Mirməmmədli, Hacı Nazim, "Eurovision" təmsiləimiz Fərid Məmmədov, "Show TV"də yayımlanan "Bazar sürprizi" verilişi," və başqaları da mükafatçılar sırasında yer alıb.