Gədəbəydə yalnız yerli camaatın bildiyi körpü var – FOTO
Day.Az представляет новость на азербайджанском языке.
XIX əsrin ortalarında Gədəbəydə mis filizi yataqları kəşf edildikdən sonra 1855-1856-cı illərdə yerli sahibkarlar tərəfindən tikilir, 1865-ci ildə həmin zavod alman sahibkar Fon Siemens tərəfindən alınaraq istifadə edilir. Həmin ərəfədə yolların əlverişsizliyindən Siemens şirkəti Cənubi Qafqazda ilk dəfə uzunluğu 28 km olan və Gədəbəy-Qalakənd arasında fəaliyyət göstərən dəmir yolu çəkdirir. 4 lokomotiv və 33 vaqonun hərəkət edəcəyi dəmir yolu üçün əlavə olaraq daş körpülər salınır.
150 ilə yaxın yaşı olan bu tarixi abidələrin varlığından sadəcə yaxın kənd sakinlərinin xəbəri var. İrili - xırdalı təqribən 6-7 körpünün bəziləri sağ-sağlam ayaq üstdə dayanır. Bəziləri isə artıq çökmək ərəfəsindədir.
Bu körpülər arasında xüsusi seçilən el içində Qanlı Körpü adlanan körpü. Yeddi tağlı bu körpünün adının qanlı olması deyilənə görə bu bədbəxt hadisədən götürülüb: Mədəndən fəhlələrlə dolu qatar qayıdarkən bu körpü üzərindən aşıb və fəhlələrin hamısı vəfat edib. Qanlı Körpü bu hadisəyə xatırlamadır.
Milli.Az "Azadlıq Radiosu"na istinadən xəbər verir ki, fotoqraf Abbas Atilay Gədəbəy rayonunda gözdən-könüldən uzaq düşmüş həmin körpülərin fotolarını çəkib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре