Qubada meşə yana bilərdi

Day.Az представляет новость на азербайджанском языке:

Bu gün axşam saatlarında Qubanın Qımıl kəndi ərazisində meşə massivinin yaxınlığında yanğın baş verib.

Milli.Az anspress-ə istinadən bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin  (FHN)  Xaçmazdakı Şimal Regional Mərkəzi xəbər verib.

Regional Mərkəzin verdiyi məlumata görə, yanğına səbəb havanın isti olması və vətandaşın təmizlik işi apararkən ehtiyatsız davranması səbəb olub.

Hadisə yerinə Xaçmaz dövlət yanğından mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğının digər sahələrə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırmalar aparılacaq.

Yanğının ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir və digər səbəblər araşdırılır.

Analoji hadisə fevralın 10-da Xaçmazda baş verib. Xaçmazda əsən güclü külək yanğına yol açıb. Bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Mehrəliqışlaq kəndi ərazisində qamışlıq və kolluqda başlayan yanğın xeyli sahəni əhatə edib. Yanğının yaxınlıqdakı bağ və əkin sahələrinə keçməsinin qarşısı alınıb.