Avtomobil dərəyə aşıb, 1 nəfər xəsarət alıb

Day.Az представляет новость на азербайджанском языке

Astarada bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə iyunun 19-da saat 18.00 radələrində rayonun Qamışovka kəndi ərazisində qeydə alınıb.

"Prado Toyota" markalı minik avtomobili hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı dərəyə yuvarlanıb. Nəticədə avtomobil deformasiyaya uğrayıb, sürücünün yanındakı sərnişin sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunublar. Onlar xüsusi alət və avadanlıqların köməyi ilə avtomobildə sıxılıb qalmış sərnişini, Çingiz Həsən oğlu İsmayılıvu çıxararaq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yola salıblar.
 
Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.