Putinlə görüşün pərdəarxası:

Day.Az представляет новость на азербайджанском языке

Artıq Ermənistanda da başa düşürlər ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi addımların atılmasının vaxtı gəlib çatıb.

Bunu Milli.Az-a açıqlamasında politoloq Fikrət Sadıqov Ermənistan prezidenti Serj Sarkisyanın Moskva səfəri və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, Serj Sarkisyan Rusiyaya ona görə çağırılıb ki, həmişəki kimi bəzi istiqamətlərdə ona müəyyən təlimatlar verilsin: "Bu, onların təbii formatıdır. Çünki Ermənistan çoxdan müstəqil siyasət yürüdən dövlət deyil. Yəni kiməsə bağlılıq, kiminsə təsiri altında nəyəsə əməl etmək onların xüsusiyyətidir. Məsələnin digər tərəfi odur ki, Sarkisyan müəyyən təşviş, qorxu içindədir. Çünki ölkə daxilində bir sıra siyasi qüvvələr tərəfindən ona qarşı təzyiqlər var. Elə oradakı son hadisələri götürək. Ermənistanda kriminal elementlər də daxil olmaqla bir sıra ciddi proseslər gedir. İctimaiyyətin bir hissəsi Sarkisyana qarşı durub, hətta onu istefaya göndərmək istəyirdi".

Politoloq hesab edir ki, artıq regionda geosiyasi fon da dəyişilib, yeni format gündəmə gəlir və bu format Ermənistanın xeyirinə deyil: "Əgər Bakıda keçirilən üçtərəfli sammit irimiqyaslı layihələrə start verirsə və burada Ermənistan iştirak etmirsə, deməli, bu ölkə tam dalana dirənir və demək olar ki, belə bir vəziyyətdən heç bir çıxış yolu yoxdur.

Həmçinin, Sarkisyan yaxşı başa düşür ki, yaranmış belə vəziyyətdə gec-tez kompromisə aparan hansısa addımlar atmalıdır. O, bundan çox qorxur, çəkinir və ona görə də Moskvaya gedib ki, əlavə kömək diləsin, yeni təlimatlar alsın.

  

Ərdoğanla Putinin görüşü də Sarkisyanın vəziyyətini çətinləşdirir. Bu görüş birmənalı şəkildə Ermənistanın şəkildə maraqlarına cavab vermir. Türkiyə-Rusiya yaxınlaşması elə özlüyündə ermənilərin maraqlarına zidd siyasətdir. Əlbəttə ki, rəsmi İrəvan bu vəziyyəti dərk edərək başa düşür ki, Dağlıq Qarabağla münaqişəsinin həlli ilə də bağlı hansısa ciddi addımların atılmasının vaxtı gəlib çatıb".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.