Hamilələrin DİQQƏTİNƏ

Day.Az представляет новость на азербайджанском языке

Hamiləlik dövründə normal qəbul edilən bel ağrıları bəzi hallarda xəstəlik və ya erkən doğum xəbərçisi ola bilər. Bu barədə həkimlər xəbərdarlıq edir. Hamiləlikdə müşahidə edilən bel ağrıları hamiləliyin son dövrlərində körpənin artan çəkisi səbəbindən ortaya çıxır və normal qəbul edilir. Çəki artımı ilə yanaşı, hormonal və anatomik dəyişikliklər, ləyən sümüyündəki bağlar və oynaqlarda olan mexaniki basqının artması kimi amillər də bel ağrısına təsir göstərir. Lakin türkiyəli ortopediya və travmatologiya mütəxəssisi Rəcəb Kurnaz hamiləlik dövründə yaranan bel ağrısının bu qədər sadə qarşılanmamasını deyir. Aile.lent.az bu barədə həkimin fikirlərini təqdim edir.

Hamiləlikdə xüsusilə 2 həftədən çox davam edən ağrılar zamanı həkim müayinəsinin əhəmiyyətli olduğu bildirilir: "Hamiləlik müddətində ifraz hormonları pelvik ligament boşaltması nəticəsində meydana gələ bilən qeyri-stabillikdən sonra yük altında qalan sümüklərdə stress qırıqları meydana gəlir. Ağrının irəliləməsinə və hamiləlik dövründən doğuşdan sonraya qədər irəliləyiş olmasına baxmayaraq, bu əlamət nəzərdən qaça bilər. Bu səbəbdən də diaqnoz qoymaq üçün əvvəlcə şübhə edilməlidir. Arxasında duran metabolik xəstəlik olub-olmamasının ortaya çıxması üçün ana namizədinin kalsium, fosfat, 25-hidroksi və D vitamin dəyərlərinə nəzarət edilir. Onurğa infeksiyaları, sakrolialik oynaq çıxıqları, pelvik və ya onurğa qırıqları və şişlər kimi əlamətlər də hamiləlik dövründə bel ağrısına səbəb olur".

Bel ağrılarını azaltmağın mümkün olduğunu bildirən R.Kurnazın sözlərinə görə, bu ağrıların qarşısını almaq və ya azaltmaq üçün oturarkən arxaya söykənmək, qalxarkən sinəni dik tutmaq, çiyinləri geriyə ataraq kilidləmədən getmək faydalıdır: "Yaxşı bir duruş mövqeyi eyni zamanda etibarlı bir oturma mənasını verir. Oturarkən kürəyi dəstəkləyən bir kürsü seçmək və ya kiçik bir yastıqla dəstəklənmək lazımdır. Hamilələrin tamamilə topuqsuz ayaqqabılar yerinə alçaq dikdabanlar seçmələri lazımdır. Kiçik obyektləri qaldırarkən qıçlardan dəstək alınmalı, kürəyə və  ya belə yüklənilməməlidir. Yatarkən ayaqlar arasına yastıq qoyaraq yanı üstə yatmaq məsləhətdir. Piyada yerimək və suda edilən yüngül məşqlər kimi nizamlı fiziki fəaliyyət də kürəyi gücləndirir və ağrıların azalmasını təmin edir. Kürək ağrısı eyni zamanda erkən doğuş  əlaməti ola bilər. Kürək ağrısı ilə birlikdə qanama baş verərsə, sidiyə gedərkən yanma və istilik  şikayətlərinin olması da gizli qalan başqa bir xəstəliyin əlaməti ola bilər. Əgər 2 həftədən çox davam edən şiddətli kürək ağrısı varsa, buna laqeyd yanaşmayın". 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.