Mahsun Qırmızıgülün filmində sürpriz

Day.Az представляет новость на азербайджанском языке

Son çəkdiyi "Möcüzə" filmi ilə rejissorluq karyerasında önəmli addım atan Mahsun Qırmızıgül yeni film üzərində çalışır.

Axşam.az xəbər verir ki, oxumağa son qoyub kino çəkməyən başlayan M.Kırmızıgülün yeni filmində baş rolda Gülbən Ərgən rol oynayacaq.

Mahsun filmin həm rejissoru, həm də baş rolda Gülbən Ərgənin partnyoru olacaq.

Komediya janrında çəkiləcək filmdə Peker Açıkalın, Gaye Evin, Cihat Tamer, Ayşəgül Batıgün və Cəzmi Baskının da rol alacağı bildirilir.

Oktyabrda çəkilişləri başlayacaq ekran işi Nevşehirin Ürgüp qəsəbəsində lentə alınacaq.

Qeyd edək ki, sürpriz şəkildə baş rola dəvət alan G.ƏrgƏn sonuncu dəfə 2006-cı ildə "Gönül" serialında rol almışdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.