Türkiyədə toyda partlayış: 50 ölü, 94 yaralı - YENİLƏNİB - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
-----------
12:19
Türkiyənin Qaziantep şəhərində törədilən partlayışda ölənlərin sayı 50 nəfərə çatıb.
APA-nın Hürriyet qəzetinə istinadən verdiyi məlumata görə, bunu bu gün Qaziantep Valiliyi açıqlayıb.
---------
08:59
Türkiyənin Qazıantep şəhərində partlayış baş verib.
Trend-in CNN Türk telekanalına istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 30 nəfər ölüb, 94 nəfər yaralanıb.
Hadisə yerinə polis və həkimlər cəlb olunub.
Qazıantep qubernatoru Əli Yerlikaya hadisəni terror aktı adlandırıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, partlayış toy şənliyi zamanı törədilib.
Baş nazirin müavini Mehmet Şimşək NTV telekanalına açıqlamasında partlayışın terrorçu qadın-kamikadze tərəfindən törədildiyini bildirib.
Hakim Ədalət və İnkişaf Partiyasının Qazıantepdən olan millət vəkili Mehmet Erdoğan "CNN Türk" telekanalına açıqlamasında partlayışın "canlı bomba" tərəfindən törədildiyini bildirib.
Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Partlayışın İŞİD terror qruplaşmasının üzvü tərəfindən törədildiyi ehtimal olunur.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Videonu izləmək üçün şəklə klikləyin:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

