Azərbaycanlı aktrisa özünü "Hade" ilə müqayisə etdi

Day.Az представляет новость на азербайджанском языке

"Vicdan haqqı" serialının baş rol ifaçısı Çimnaz Sultanova xarici görünüşündə dəyişiklik edib. Aktrisa Milli.Az-a açıqlamasında dəyişkənliyi sevdiyini bildirib:

"Mən əvvəllər 3-4 aydan bir imicimi dəyişirdim. Sadəcə sonuncu 2-3 ildir ki, çəkilişlərdəyəm deyə saç düzümümü dəyişmək mümkün olmurdu. İnsan özü-özündə dəyişiklik görmür, amma tamaşaçılar çox dəyişdiyimi bildirirlər. Mən özüm də "Klon" serialındakı Hadeni başqa seriallarda yeni imicdə görəndə qəbul edə bilmirdim. Tamaşaçılar da deyirlər ki, bu axı bizim Larisa deyil? Onu da qeyd edim ki, mən hər həftə intensiv idmanla məşğulam. Bu aralar çox kilo atdım, əslində dəyişən saç rəngim və çəkimdir. Mən idmançı olmuşam, travma alandan sonra idmanı tərk etdim. Saat 9-dan da 4-ə kimi idman edirəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.