Türkiyəli diceyin azərbaycanlı məşhurlarla işbirliyi

Day.Az представляет новость на азербайджанском языке:
Türkiyəli dicey Burak Yetər azərbaycanlı ifaçılarla bağlı layihə hazırlayıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, dicey bu haqda "Star life" verilişinə açıqlamasında deyib:
"Aygün Kazımovanın Snup Doqla duetinin remiksini hazırlamışdım. Çox sevdiyim bir ifaçıdır. Elnur Hüseynovla bir işimiz olacaq. Hazırda mahnı üzərində işləyirik. Azərbaycan, ingilis və türk sözləri yer alacaq. Röya ilə də bir layihəmiz olacaq. Azərbaycanda olmuşam. Tarkanın Qubadakı konsertində mən də səhnəyə çıxmışam. Azərbaycanın köhnə mahnılarını sevirəm. Onların remiksini hazırlayacam. Rihannayla da tanışlığım var. Onunla da işbirliyimiz olacaq. Hələ ki danışıqlar aparılır".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре