Emma Ələkbərzadə: "Mənim kimi gəlin yoxdur"

Day.Az представляет новость на азербайджанском языке.
Müğənni Emma Ələkbərzadə həyat yoldaşı Emil Çingizlə birlikdə "ATV Maqazin" kamerası qarşısına keçib.
Axşam.az-ın məlumatına görə, ifaçı yeni doğulan oğlu Davidi hər kəsdən gizlətdiyini bildirib:
"Onu nəinki mediadan, hər kəsdən gizlədirik. Xoşlamıram uşağı efirə, dərgilərə çıxarmağı. Yoldaşım da mənim fikrimlə razıdır. Biz hər şeyə birlikdə qərar veririk".
E.Ələkbərzadə qayınanası ilə münasibətindən də danışıb: "Mənim kimi gəlin yoxdur. Qayınatam dünyasını dəyişib. Qayınanam Olqa xanım isə gözəl qadındır. Ondan ayrı qalırıq. Ayda üç-dörd dəfə gedib-gəlirik. Amma telefonla tez-tez danışırıq. Hərdən Emil deyir ki, ver mən də anamla danışım".
Müğənninin həyat yoldaşı aşpazlıq bacarığından bəhs edib: "Biz mehribanıq. Valideynimlə daim ünsiyyətdə oluruq. Çox qonaq gələndə yeməyi özüm hazırlayıram. Onları təəccübləndirməyi xoşlayıram".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре