İrəm: “Ərimi görən kimi aşiq oldum...”- FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Müğənni İrəm Derici özəl həyatı haqda səmimi açıqlamalar verib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı DJ əri Rza Esendemiri çox qısqandığını bildirib: "Ətrafımızda pisniyyətli qadınlar var. Təbii ki, ərimi qısqanıram. Rzanı böyük bir ehtirasla, eşqlə sevirəm. Aramızda müdhiş bir uyğunlaşma və elektrik var. Onu görür-görməz aşiq oldum".

Derici arıqlamağa çalışdığını da etiraf edib: "Məşhur olduğum üçün arıqlamıram. Səhnədə lazım olsa, yüksək bel şalvar, uzun köynək, korset geyinib kilonu gizlədərəm. Artıq kilolarımı ərimdən necə gizlədim? Rza üçün arıqlayıram. Ona gözəl görünməyə çalışıram. Bir ara o qədər kilo aldım ki, zəif görünmək üçün dullar kimi qara geyinirdim".

Qeyd edək ki, Derici ilə Esendemir 2014-cü ilin sentyabrında ailə qurub.
 

Böyütmək üçün şəkillərə klikləyin: