Şəmkirdə ev yandı

Day.Az представляет новость на азербайджанском языке

Şəmkirdə ev yanıb.

FHN-dən Milli.Az-a verilən məlumata görə, rayonun Yeniabad kəndində ümumi sahəsi 42 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.